Ermənistan hələ də danışıqların imitasiyası praktikasından istifadə edir - Ceyhun Bayramov

  • 14:29 - 25 Sentyabr

Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir.

Avropa.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin inkişafı Cənubi Qafqazda sülhün açarıdır.

"Azərbaycan işğaldan azad edilmiş ərazilərin inkişafı ilə eyni vaxtda Ermənistanla iki ölkənin sərhədləri daxilində ərazi bütövlüyü və müstəqilliyinə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarı olub", - deyə C.Bayramov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan dəfələrlə Ermənistanla sülh sazişinin hazırlanması təşəbbüsü ilə çıxış edib və bu məqsədlə müvafiq komissiyanı təsdiqləyib. Eyni zamanda, Azərbaycan Ermənistanla sərhədin delimitasiyası, regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin yaradılması üzərində işləməyə hazır olduğunu bildirib.

"Ermənistan hələ də danışıqların imitasiyası praktikasından istifadə edir və öhdəliklərini yerinə yetirmək əvəzinə, sülh prosesini pozmaq üçün tez-tez təxribatlara əl atır", - deyə C.Bayramov bildirib.


Oxunma sayı: 3543

Oxşar yazılar