Ərdoğandan Azərbaycanla bağlı nəyi XAHİŞ EDİBLƏR...

  • 12:45 - 25 Sentyabr

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi Prezident Rəcəb Tayyib Ərdoğandan xarici səfərlərdə Azərbaycanla bağlı xahişlərin edildiyini deyib.

Avropa.info xəbər verir ki, Vahit Kirişçi Prezident Ərdoğanı bir sıra xarici səfərlərdə müşayiət etdiyini vurğulayaraq, bəzi dövlətlərin rəsmilərinin onlardan öz ölkələri ilə bağlı xahişlər etdiklərini diqqətə çatdırıb.

“Bizə deyirlər ki, sizin Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar - deyirlər”, - deyə türkiyəli nazir qeyd edib.


Oxunma sayı: 3400

Oxşar yazılar