Jurnalistlərin VIII qurultayında bu sənədlər dəyişdirildi

  • 13:11 - 24 Sentyabr

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

Avropa.info-nun xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.


Oxunma sayı: 4357

Oxşar yazılar