İsveçdə yaşayan azərbaycanlılardan ermənilərə etiraz - FOTO

  • 11:56 - 24 Sentyabr

Ermənistanın Azərbaycanla sərhəddə son təxribatları İsveçdə etirazla qarşılanıb.

Avropa.info xəbər verir ki, İsveçin paytaxtı Stokholmda erməni əsgərlərin Azərbaycan əsgərlərinə qarşı təxribatlarına etiraz edilib.

İsveçdə yaşayan azərbaycanlılar parlament qarşısında təşkil etdikləri nümayişdə Ermənistanın son hücumlarını pisləyiblər.

Nümayişçilər erməni əsgərləri tərəfindən öldürülən mülki şəxslərin fotoşəkilləri olan pankartları nümayiş etdiriblər.

Eyni zamanda, erməbi təxribatları barədə məlumat səsləndirilib. Qrup adından verilən açıqlamada sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Taşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat həyata keçirildiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqeləri arasında olan torpaqlara və yollara minaatanlardan istifadə edib.

Nümayiş zamanı ermənilərin təxribatlarının qarşısını almaq üçün beynəlxalq qurumlara çağırış edilib.

“Evdə sülh, dünyada sülh” şüarı səsləndirən nümayiş insidentsiz yekunlaşıb.

Qeyd edək ki, İsveçdəki etiraz aksiyası Türkiyə mediasında geniş şəkildə yayımlanıb.

 

 

 

 


Oxunma sayı: 3279

Oxşar yazılar