Zelenski: Ukrayna Silahlı Qüvvələrinin itkiləri Rusiyadan 5 dəfə azdır

  • 20:31 - 24 Sentyabr

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı müharibədə Ukraynanın hər gün 50-yə yaxın hərbçisini itirdiyini bildirib. 

Avropa.info xəbər verir ki, bu barədə elenski bir sıra Fransa KİV-lərinə müsahibəsində bildirib. 

“Bizim gündəlik itkilərlə bağlı hesablamalarımız var, onlar dəqiq deyil. Bu, gündə təxminən 50 nəfər deməkdir. Lakin bu dəqiq rəqəmlər deyil, çünki ərazidə nə qədər əsgər və mülki vətəndaşın qaldığı məlum deyil”, - deyə o qeyd edib.

Eyni zamanda, Zelenskinin sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələrində itkilər barədə dəqiq məlumatlara malikdir, lakin onları açıqlamaq istəmir. 

“Rəqəmlərlə çox diqqətli olmalısınız, çünki söhbət insan həyatından gedir. Hərbçilərimizin mövqeyi ölən və ya yaralanan ukraynalı hərbçilərin dəqiq sayını bildirmək deyil”, - deyə Ukrayna prezidenti bildirib. 

Zelenskinin qeyd etdiyi kimi, Ukrayna hərbçilərinin itkiləri rus əsgərlərinin itkilərindən 5 dəfə azdır.


Oxunma sayı: 5050

Oxşar yazılar