Daha bir məktəb direktorunun səsyazısı yayıldı - Araşdırma aparılır

  • 10:17 - 24 Sentyabr

Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun səs yazısı və müəllimlərin ittihamları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Avropa.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.


Oxunma sayı: 4731

Oxşar yazılar