
Mətbuat Şurasının yeni sədri seçildi, İdarə Heyətinin 23 yeni üzvü müəyyənləşdi - FOTO (YENİLƏNİB)
- 15:20 - 24 Sentyabr
Bu gün Mətbuat Şurasının VIII qurultayı keçirilib.
Avropa.info bildirir ki, qurultayda Mətbuat Şurasının İdarə Heyətinin, Nəzarət-təftiş komissiyasının və Mətbuat Şurasının sədrinin seçilməsi nəzərdə tutulub.
Səsvermə yolu ilə Mətbuat Şurasının sədri vəzifəsinə Rəşad Məcid seçilib.
Həmçinin peşə davranşı qaydalarına edilən dəyişikliklər və yeni tərkib təsdiq edilib.
Daha sonra qeyd olunub ki, qurultayda edilən təkliflər ümiləşdirilib və yeni tərkibin bu yöndə fəaliyyət göstərməsi istiqamətində işlərin görülməsi qəbul edilib.
Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.
MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:
1. Rəşad Məcid (sədr)
2. Vüsalə Mahirqızı
3. Hacıbəy Heydərli
4. Rauf Arifoğlu
5. Alqış Musayev
6. Niyaz Niftiyev
7. Aydın Quliyev
8. Azər Həsrət
9. Elşad Eyvazlı
10. Aqil Ələsgər
11. Elçin Mirzəbəyli
12. Vüqar Rəhimzadə
13. Akif Aşırlı
14. Səadət Məmmədova
MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır:
15. Əflatun Amaşov
16. Qulu Məhərrəmli
17. Vüqar Zifəroğlu
18. Bəhruz Məmmədzadə
19. Yadigar Məmmədli
20. Ceyhun Musaoğlu
21. Umud Mirzəyev
22. Müşfiq Ələsgərli
23. Fərid Pərdəşünas
***13:35
Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub.
Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
O bildirib ki, artıq səsvermə başa çatıb:
“Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib bir saat ərzində elan olunacaq”.
*** 11:54
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.
Avropa.info-nun xəbərinə görə, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.
***10:10
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə başlayıb.
Avropa.info xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.
Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.
Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.

