Hakerlər İran televiziyasını ələ keçirdilər - Görüntülər izləyənləri ŞOKA SALDI - VİDEO

  • 18:24 - 24 Sentyabr

İran televiziyası bir neçə saniyəlik xaker müdaxiləsinə məruz qalıb.

Avropa.info xəbər verir ki, bu barədə videogörüntülər teleqram kanallarında yayılıb.

Görüntülərə əsasən efirə verilən iranlı qadının başıaçıq görüntüsü izləyiciləri şoka salıb.

Habelə, hakerlər terrorçu təşkilat olan "Mücəhiddine Xalqe İran"ın liderlərinin fotolarını nümayiş etdiriblər.

Xatırladaq ki, İranda bir neçə gündür baş verən etiraz aksiyaları fonunda ölkə başçısının, İran Nazirlər Kabinetinin və Mərkəzi Bankının rəsmi internet saytları da haker hücumuna məruz qalıb.

Sözügedən görüntüləri təqdim edirik:


Oxunma sayı: 5314

Oxşar yazılar