Azərbaycan nefti kəskin UCUZLAŞDI

  • 17:30 - 24 Sentyabr

"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti kəskin azalıb.

Avropa.info xəbər verir ki, dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,89 ABŞ dolları və ya 4,1% azalaraq 89,81 dollar təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 93,7 dollara ticarət edilmişdi.


Oxunma sayı: 17139

Oxşar yazılar