
Ukraynada Rusiyanın helikopter və təyyarəsi məhv edildi
- 15:31 - 24 Sentyabr
Ukrayna ordusu Rusiyaya məxsus 1 helikopter və 1 qırıcı təyyarəni məhv edib.
Avropa.info APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub hərbi komandanlığı bildirib.
Qeyd olunub ki, sutka ərzində əlavə olaraq Tor zenit-raket kompleksi, radioelektron mçübarizə sistemi, 1 ədəd tank, 1 haubitsa və 1 ədəd Şahid-136 PUA-sı vurulub. Rusiya ordusunun 51 hərbçisi zərərsizləşdirilib.