Ərdoğandan əsir mübadiləsi AÇIQLAMASI: Siyahıda Putinin israr etdiyi şəxsin adı da var

  • 17:51 - 23 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında baş verən son əsir mübadiləsini jurnalistlərə şərh edib. 

Avropa.info xəbər verir ki, dövlət başçısı məhbus mübadiləsi kampaniyası çərçivəsində azad edilən şəxsləri “Türkiyənin qonaqları” adlandırıb. 

Onun sözlərinə görə, mübadilə ediləcək şəxslərin siyahısında Rusiya prezidenti Vladimir Putinin ekstradisiyasında israr etdiyi şəxsin adı da var. “200 nəfər nəzarətimiz altındadır. Prezident Putin xüsusilə bir şeyi təkid etdi. Biz bunu artıq Rusiyaya göndərmişik”, - Türkiyə lideri bildirib. 

Ərdoğan İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə bağlanan “taxıl müqaviləsi”nə də toxunub. 

Ərdoğan diqqətə çatdırıb ki, sentyabrın 23-nə “taxıl dəhlizi” ilə artıq 4 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib. 

“Təchizat hələ də davam edir. Söhbət əsasən Ukrayna məhsullarından gedir. Biz həmçinin Rusiya Federasiyasından taxıl məhsullarının və gübrələrin ixracına başlanacağını gözləyirik ki, bu da yoxsul ölkələrdə vəziyyəti xeyli yüngülləşdirəcək”, - deyə Ərdoğan bildirib. 

Ərdoğan daha sonra bildirib ki, bu gün İstanbulda keçiriləcək görüşdə “Mir” ödəniş sistemi ilə bağlı məsələ təkcə müzakirə olunmayacaq: “Bizim əlimizdə olan alternativləri nəzərdən keçirəcəyik. Diqqətimizi onlara yönəldək”.


Oxunma sayı: 3741

Oxşar yazılar