Bakıda dəhşətli hadisə: Gömrük Komitəsinin əməkdaşı və tələbəsi faciəvi şəkildə öldü - FOTO

  • 16:51 - 23 Sentyabr

Bu gün Bakıda 2 piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, Firdovsi Eyvazov idarə etdiyi "KamAZ" markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə piyadaları vurub.

Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Mikayılova Əntiqə Usubalı qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə hər iki şəxs avtobusdan düşdükdən sonra baş verib. Onlar ictimai nəqliyyatdan düşəndən sonra svetaforun qarşısından yolu keçməyə çalışıblar. Bu zaman yük maşını hərəkətini dayandıra bilməyərək onları vurub. Qəzanın baş verdiyi ərazidə düyməli svetaforun olduğu və həmin işıqforun piyadalar üçün nəzərdə tutulmuş düyməsi sıxılandan sonra yolun piyadalar üçün təhlükəsiz olduğu qeyd edilir.

Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə yerində araşdırmalar aparılır.

Qeyd edək ki, oktyabrın 13-də mərhum tələbə Elvin Əzizlinin 18 yaşı tamam olacaqdı.

 

 


Oxunma sayı: 1761

Oxşar yazılar