Medvedevin 100 milyon dollarlıq yaxtası üzə çıxdı: Pulu bu milyarder ödəyib - ŞOK DETALLAR

  • 16:10 - 23 Sentyabr

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev təkcə müharibənin qızğın tərəfdarı deyil, həm də gözəl həyatın, xüsusən də su üzərində bahalı gəzintilərin həvəskarıdır. O, əgər əvvəllər bu məqsədlər üçün "Fotiniya" yaxtasından istifadə edirdisə (onu Aleksey Navalnı üzə çıxarmışdı), indi artıq "Kainat"la dəniz səfasına çıxır.

Avropa.info musavat.com-a istinadən xəbər verir ki, bu sensasion informasiya rusiyalı müxalifətçi Aleksey Navalnıya yaxın olduğu bilinən "Proyekt media" adlı araşdırma təşkilatının yeni hesabatında yayılıb.

"Kainat" (rusca adı "Vselennaya") 74 metrlik uzunluğunda, dəyəri 100 milyon dollar olan yaxtadır. Gəmidə helikopter meydançası, Medvedevin şəxsi kabineti və xüsusi rabitə vasitələri var. Rusiyanın ərazi sularında "Kainat"ı tez-tez hərbi dəniz qüvvələrinin gəmiləri müşayiət edir.

"Kainat" Niderlandın "Damen Yachting" bürosu tərəfindən 2018-ci ildə inşa olunub və həmin vaxt onun əsl sahibi gizlədilib. Gəmi sonradan "Southerner Ltd" tərəfindən Kayman adalarında qeydiyyata alınıb.

Yaxtanın alınması üçün pulu Dmitri Medvedevə yaxın olduğu bilinən milyarder İqor Yusufovun ailəsi ödəyib. Yusufova yaxın qaynaqların bildirdiyinə görə, yaxtadan Medvedev istifadə edir.

Yaxtanın Rusiyanın keçmiş prezidenti ilə sıx bağlı olması faktını Bosfor boğazından keçən gəmiləri izləyən türkiyəli bloger Yörük İşık da yazıb. Gəmi hazırda Soçi marinasında mühafizə altında saxlanılır.

Qışda "Kainat" İtaliyada yan alıbmış. Lakin Ukraynada müharibə başlayandan az sonra - martın 2-dən gəmi İtaliya sularını tərk edib.

Yaxtadan təkcə Medvedev deyil, həm də oğlu İlya fəal şəkildə istifadə edir. Ölkədə koronavirus epidemiyasının tüğyan etdiyi 2020-ci ilin yayında İlya İqor Yusufovun oğlu Maksimlə məhz bu gəminin göyərtəsində dincəlib.


Oxunma sayı: 1706

Oxşar yazılar