Bu qış qaz problemi olacaqmı? – RƏSMİ AÇIQLAMA

  • 13:06 - 23 Sentyabr

“SOCAR “Azəriqaz” İstehsalat Birliyi çalışacaq ki, üzümüzə gələn payız-qış mövsumundə abonentlər qazın təzyiqi ilə bağlı problem yaşamasınlar”. 

Avropa.info xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. 

“Tam əmin edirəm ki, yaşamayacaqlar, çünki bizim bu mövsüm, keçmiş mövsümlərdə də şəbəkədə apardığımız işlər qaz təchizatı ilə bağlı kütləvi problemlərin yaşanmayacağını deməyə əsas verir”, - deyə Ruslan Əliyev qeyd edib. 
O bildirib ki, ola bilsin ki, fərdi qaydada hansısa bir abonentdə qaz təchizatı ilə bağlı problemi yaransın, ancaq kütləvi şəkildə qaz təminatı ilə bağlı problem yaşanmayacaq. 


Oxunma sayı: 16501

Oxşar yazılar