Ermənistanın qorxduğunu başına gətirəcəyik - Bakıdan KRİTİK AÇIQLAMA

  • 18:32 - 23 Sentyabr

"Prezident İlham Əliyevin bölgə ətrafında son baş verən hadisələrdən sonra Laçında bayrağımızı ucaltması, məhz oradan verdiyi mühüm mesajlar elə rayonun özünün malik olduğu yüksək coğrafi və hərbi strateji əhəmiyyəti qədər vacib, strateji addımdır".

Avropa.info xəbər verir ki, bunu milli.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycanla ultimatum dili ilə danışmaq da ATƏT-in Minsk Qrupunun vaxtında qaldı:

"Zənnimcə, məhz indiki məqamda və məhz bu məkandan verilən mesajlar hərbi, diplomatik və informasiya savaşının uğurlu strateji gedişi idi. Dövlət başçımız bir tərəfdən tarixə işıq tutub, mövcud vəziyyəti dəyərləndirərkən, digər tərəfdən də xalqından heç nə gizlətməyən bir Lider kimi siyasi proseslərdən tutmuş infrastruktur məsələləri, konkret nəticələr, gələcək hədəflər haqqında xalq qarşısında hesabat verdi. Mövcud reallıqdan, daha dəqiqi xəbərdarlıqdan isə həm Ermənistanın yaxında və uzaqda bel bağladıqlarına, həm də özünə pay düşdü. Bu, ilkin olaraq, dövlət başçımızın delimitasiya danışıqlarının 30 ildə olduğu kimi indi də eyni ssenari üzrə faktiki olaraq formal xarakter daşıdığını bildirməsi ilə bağlı idi. 

Başqa bir xəbərdarlığın isə məhz bölgəyə birtərəfli qaydada reallaşdırılan son səfər sonrası bildirilməsi lazımi ünvanlara artıq çatan olduqca önəmli mesaj idi. Yəni qısacası məlum səfərə münasibətimiz budur ki, vaxtında bu məsələ ilə birbaşa məşğul olanların, bu yolla gedib-gələnlərin yolu, necə olur ki, indi ancaq İrəvana düşür? 

Odur ki, dövlət başçımız zənglərin, bəyanatların, təşəbbüslərin səmərəsiz olduğunu bildirdi. Sərhəd şərtidirsə, delimitasiya yoxdursa, sərhədin haradan başlayıb, harada bitdiyini heç kim müəyyən edə bilməz. Ultimatum dili ilə danışmaq da ATƏT-in Minsk Qrupunun nağıllarının vaxtında qaldı. 

Paralel olaraq, Müzəffər Ali Baş Komandanın həm hərbi üstünlük, həm də böyük əraziyə, önəmli kommunikasiya xətlərinə vizual nəzarət imkanını təmin edən Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərə malik olduğumuzu bildirməsi, heç şübhəsiz ki, sadəcə Ermənistanın uzaq havadarları üçün deyil, yaxın havadarları üçün də açması çətin olmayan, lakin vacib olan mesaj idi. 

Xəritələrlə bağlı bir müddət öncə də yanlış, çaşdırıcı informasiyalar tirajlanırdı. Nəzərə alsaq ki, uğurlu diplomatiya reaktiv deyil, proaktiv yanaşma sərgiləməkdən keçir, o zaman ola biləcək ehtimalı öncədən görərək qeyri-obyektiv, qərəzli yanaşmalara və cəhdlərə yol verilməməsi üçün dövlət başçımız bu məsələdə də qətiyyət nümayiş etdirmiş, xəritələrlə bağlı hər hansı bir baza mövcud olmadığını vaxtında və məqamında bildirmişdi. 

Bu dəfə də dövlət başçımızın "Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır" fikri delimitasiya prosesində yalnız bir xəritə üzərində dayanılmayacağından xəbər verir. 

Səfər çərçivəsində səsləndirilən məhz bu kuliminativ fikrin məna yükü isə öz maraqlarının təmin olunmadığı üçün bəlli yaxın və uzaq dairələrin mövcud reallıqla barışıb-barışmamasının önəmli olmamasındadırsa, ən çoxu və hər şeydən ümdəsi şəhidlərimizin canı-qanı hesabına üçrəngli bayrağımızın bütün tarixi torpaqlarımızda əbədi olaraq dalğalandırılmasının vacibliyində, qətiyyətində, dövlət başçımızın rəhbərliyi altında mövcud olan birliyimizdədir". 


Oxunma sayı: 2795

Oxşar yazılar