Bakı-Quba yolunda mikroavtobus aşdı - Ölən və xeyli sayda yaralanan var

  • 20:10 - 22 Sentyabr

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Avropa.info bildirir ki, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı "Chevrolete"markalı avtomobili ötmək istəyərkən toqquşub.

Hadisə nəticəsində mikroavtobus idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı mikroavtobuslar olan 1 nəfər - 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib, 17 nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda olan sərnişinlər fəhlələr olub.

Baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Oxunma sayı: 1497

Oxşar yazılar