”Səssiz Dünya” şəhidimizlə bağlı layihənin icrasına başlayıb – FOTO

  • 21:40 - 22 Sentyabr

”Səssiz Dünya” İşarət dilində danışan əlillərə və İdmançılara dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi”  layihəsinin icrasına başlayıb. 

Layihənin məqsədi vətənpərvərliyin və vətən sevgisinin təbliğində ictimai rolun artırılması və çəkiləcək filmi vasitəsi ilə maarifləndirmə işinin həyata keçirilməsidir. 

İctimai Birliyin sədri Aidə Səfərovanın  Avropa.info-ya verdiyi məlumata görə layihə çərçivəsində Çayrud kənd orta məktəbinin adını daşıdığı şəhid Elşən Səfərov haqqında sənədli film çəkiləcək. Belə ki, layihə Elşən Səfərovun həyat və döyüş yolundan qısametrajlı sənədli filmin çəkilməsindən bəhs edir. 

Qeyd edək ki, Şəhid Elşən Məmmədağa oğlu Səfərov 4 avqust 1970 ci ildə Çayrud kəndində anadan olub. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. 1994-cü ilin yanvarın 6-da Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə 23 yaşında şəhid olub. 

Elşən Səfərov 1994-cü ildə Qarabağ döyüşləri zamanı 9 yaralı döyüş yoldaşını döyüş meydanından xilas edib, 10-cu yaraslı əsgəri xilas edərkən başından snayper gülləsi alaraq  şəhid olub. 1994-cü ilin yanvarın 10-da doğulduğu Çayrud kəndində dəfn olunub. Çayrud kənd tam orta məktəbi şəhidimizin adını daşıyır. Lerikin Çayrud kəndinə gətirilən ilk şəhid Elşən Məmmədağa oğlu Səfərov olub.

Sözügüdən layihə 2 ay ərzində (01.09.2022-01.11.2022) Lerik rayonunda həyata keçiriləcək.

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 1563

Oxşar yazılar