Metyu Brayzadan Qarabağla bağlı MÜHÜM AÇIQLAMALAR: Azərbaycanın qələbəsi İrəvanı psixoloji cəhətdən çökdürdü

  • 14:53 - 22 Sentyabr

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan F-35 məsələsində haqlıdır. Bunu eks-prezident Tramp da deyib. Siyasi baxımdan ABŞ daxili siyasətdə Yunanıstanı dəstəkləyir. 

Avropa.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müavini Metyu Brayza qatıldığı canlı yayımda gündəmlə bağlı dəyərləndirmələrində deyib. 

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərliyini və nüvə təhlükəsini dəyərləndirən Brayza, "Mən Putinin nüvə silahından istifadə etməyə çalışacağını düşünmürəm. Onun Rusiyada öz siyasi gələcəyi ilə bağlı narahatlığı var. O, öz gücünü qorumaq üçün müharibədən istifadə edir. Putin özünü düşünür, amma Qərbin bizə hücum etdiyini deyir. Bu sistem Putin öz ölkəsində qurduğu güclü sistemdir. Putin indi öz ölkəsinin gələcəyini məhv edir", deyib.

Brayza Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyə münasibət bildirərək, "Mən də Azərbaycanda və Ermənistanda olmuşam. Paşinyan imzaladığı müqavilələrə sadiq qalmaq istəyir. O, bu müqavilədə bütün qoşunlarını Qarabağdan çıxaracağını bildirib. Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli saziş imzalanıb.  Ermənistan artıq müharibədə məğlub olub, heç bir haqlı səbəbi yoxdur, işğalçıdırlar. Ermənistan müxalifəti Azərbaycanla münaqişənin bitməsini istəmir. Ermənistanın da hərbi gücü yoxdur. Mən Paşinyanın müharibədən sonra ayaqda qalacağını düşünmürdüm, amma o, seçkilərlə yenidən hakimiyyətə gəldi", bildirib.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərindən danışan Brayza bildirib ki, Azərbaycanın qələbəsi İrəvanı psixoloji cəhətdən çökdürdü: "ABŞ-ın xarici siyasətini prezident müəyyən edir. Pelosi güclü xarakterdir. O, hansısa ölkəyə səfər edərkən bunu şəxsi imkanları ilə edir. Xarici siyasəti Nümayəndələr Palatasının sədri deyil, prezident Co Bayden müəyyən edir. Bayden Pelosinin Tayvana getməsini bəyənməyib. Pelosinin İrəvandakı açıqlamaları kifayət qədər gərəksizdir. ABŞ olaraq bizim siyasətimiz vasitəçi olmaqdır. Azərbaycan-Ermənistan münaqişəsində ABŞ-ın rolu zamanla aydınlaşacaq. Avropa İttifaqı da fəal rol oynamalıdır. Sanki ABŞ Ermənistanın tərəfindədir, amma Pelosi bunu Kaliforniyadakı səslər üçün edib. Xarici işlər naziri Bliken ABŞ-ın bitərəf olduğunu açıq şəkildə bildirdi".


Oxunma sayı: 1717

Oxşar yazılar