Ərdoğan vasitəçilik etdi: Rusiya və Ukrayna arasında 200-dən çox hərbi əsir dəyişdirildi – FOTO

  • 14:17 - 22 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə apardığı diplomatik danışıqlar nəticəsində Rusiya ilə Ukrayna arasında 200-dən çox  hərbi əsir dəyişdirildiyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Ərdoğan ABŞ-a səfərini dəyərləndirdiyi Nyu-Yorkdakı Türk Evində jurnalistlərə verdiyi müsahibədə Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən əsir mübadiləsinin müharibənin sona çatması istiqamətində mühüm addım olduğunu bildirib. Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib. 

Ərdoğan Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenskiyə məhbus mübadiləsini təmin etdikləri üçün təşəkkür edib. 

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə əsir mübadiləsindən sonra ölkəyə ekstradisiya edilən 215 ukraynalıya görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan Türkiyəyə Ukrayna ilə Rusiya arasında əsir mübadiləsində vasitəçiliyinə görə təşəkkür edib. 

Sullivan Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi ilə bağlı "Tvitter" hesabından açıqlama yayıb. 

“Mən Türkiyə hökumətinə taxıl sövdələşməsində liderliyinə, habelə Ukrayna ilə Rusiya arasında əsir mübadiləsində vasitəçiliyinə görə təşəkkür edirəm”, - deyə Sullivan bildirib. 

Cumhurbaşkanı Erdoğan aracılık etti: Rusya ve Ukrayna arasında esir takası - 1

Oxunma sayı: 1321

Oxşar yazılar