Medvedevdən nüvə silahı TƏHDİDİ: Rusiyaya birləşdirilən əraziləri müdafiə etmək üçün...

  • 14:10 - 22 Sentyabr

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Rusiyanın işğal etdiyi və separatçıların nəzarətində olan ərazilərində referendum keçiriləcəyini bildirib. 

Avropa.info bildirir ki, bu məsələdə geriyə dönüş olmayacağını vurğulayan Medvedev, "Rusiyaya qoşulan bölgələrin müdafiəsi üçün nüvə də daxil olmaqla istənilən rus silahından istifadə edilə bilər" açıqlamasını verib. 

Medvedev həmçinin bildirib ki, "Rusiya strateji nüvə silahları da daxil olmaqla, ona qoşulan regionları hər mənada müdafiə etməyə hazırdır. Qərb və ümumilikdə bütün NATO ölkələri Rusiyanın öz yolunu seçdiyini anlamalıdır".

Qeyd edək ki, Donetsk və Luqanskın "müstəqilliyinə" dəstəyini ifadə edən Rusiya prezidenti Putin dünən qismən hərbi səfərbərlik elan edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində ümumilikdə 300 min ehtiyat əsgərin xidmətə çağırılacağını bildirib. 

Qərbin nüvə şantajına məruz qaldıqlarını bildirən Putin, ərazi bütövlüyünü qorumaq üçün hər cür silahdan istifadə etməyə hazır olduqlarını bildirib.


Oxunma sayı: 1255

Oxşar yazılar