Zelenskidən Rusiya ilə bağlı ŞOK TƏKLİF: Ukrayna prezidenti sülh üçün 5 şərt İRƏLİ SÜRDÜ

  • 13:31 - 22 Sentyabr

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında videomüraciətlə çıxış edib.

Avropa.info xəbər verir ki, Zelenski Ukraynanın İzyum şəhərində aşkar edilən kütləvi məzarlıqdan da danışıb və Rusiyanın beynəlxalq məhkəmələrdə mühakimə olunmasının vacibliyini bildirib. 

Zelenski "Rusiya Ukraynaya və xalqımıza qarşı cinayət törədib. Ona görə də dövlətimiz Rusiyanın törətdiyi cinayətlərə görə ədalətli cəza tələb edir. Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququ əlindən alınmalıdır" deyib.

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən hərbi səfərbərliyə də toxunan Zelenski bütün dünyanın sülh istədiyi halda, Putinin istəmədiyini bildirib: "Ukrayna sülh istəyir, Avropa sülh istəyir, dünya sülh istəyir. Yalnız Vladimir Putin müharibə istəyir". 

Çıxışında Qərb ölkələrinə də çağırış edən Zelenski Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb edib və “Ukraynada sülhün təmin olunmasının yolu təcavüzkara qarşı tətbiq edilən sanksiyalardır” deyib.

Rusiyanı “terror dövləti” olaraq xarakterizə edən və ölkəsində törədilən cinayətlərə qarşı xüsusi məhkəmə qurulmalı olduğunu müdafiə edən Zelenski, Rusiya ilə döyüşməmək üçün danışıqlarda böyük səy göstərdiklərini ifadə edərək, “Provokasiya edən biz deyildik. Bu müharibədən qaçmaq üçün 88 görüş keçirilib. Rusiya bu təcavüz cinayətini dayandırmaq əvəzinə onu böyük bir işğala çevirib”, deyib.

Zelenski Rusiya ilə sülh üçün 5 maddə açıqlayıb: "Bizim formulumuzun beş bəndi təcavüzün cəzalandırılması, həyatın qorunması, təhlükəsizliyin və ərazi bütövlüyünün bərpası, təhlükəsizliyin təminatı və özümüzü müdafiə etmək əzmidir. Bu, cinayətin düsturudur və cəza, artıq Rusiyaya yaxşı məlumdur”. 

"Bu formulda çatışmayan yeganə şey neytrallıqdır", - deyə Zelenski bildirib. 


Oxunma sayı: 1464

Oxşar yazılar