
Türkiyənin səhiyyə naziri Şuşaya gedəcək – FOTO
- 12:16 - 22 Sentyabr
Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Azərbaycana səfəri çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edib.
Avropa.info xəbər verir ki, sonra türkiyəli nazir Şəhidlər Xiyabanını 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının və Qarabağ müharibəsində şəhid olanların məzarını ziyarət edib, Əbədi məşəl abidəsi önünə əklil qoyub.
Naziri Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı müşayiət edib.
Koca Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, əklil qoyub.
Türkiyəli nazir Xatirə kitabına ürək sözlərini yazıb.
Koca Azərbaycana səfəri çərçivəsində Türkiyə-Azərbaycan Səhiyyə Biznes Forumunda iştirak edəcək. Azərbaycanlı həmkarı Teymur Musayev və səhiyyə işçiləri ilə görüş keçiriləcək.
Koca sabah Şuşa şəhərinə yollanacaq.


