Azərbaycan vətəndaşlarının Türkiyədə müalicəsi ASANLAŞDI: Səhiyyə naziri AÇIQLADI

  • 12:56 - 22 Sentyabr

Türkiyədə müalicə almaq istəyən Azərbaycan vətəndaşları üçün portal istifadəyə verilib. 

Avropa.info xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumu və səhiyyə sərgisinin açılışında Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca deyib. 

Nazirin sözlərinə görə, bu resurs vasitəsilə hər kəs rahatlıqla klinika və həkim seçərək ərizə doldura bilər. 

Koca qeyd edib ki, qardaş ölkələr arasında bütün istiqamətlərdə əlaqələr inkişaf edir. Nazir bildirib ki, Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 12 milyard dolları ötüb, Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları isə 20 milyard dollara çatıb. 

“Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ildə 5 milyard dollara yaxındır. Mən ürəkdən əminəm ki, biz bu rəqəmi 15 milyard dollara çatdıra biləcəyik”, - deyə Koca bildirib.


Oxunma sayı: 1464

Oxşar yazılar