Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır

  • 22:31 - 22 Sentyabr

Ukraynanın Donbas, Zaporojye və Xerson vilayətlərində keçirilməsi planlaşdırılan referendumla əlaqədar Avropa İttifaqı (Aİ) ölkələri ən qısa zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək, Brüssel Kiyevə hərbi dəstəyini davam etdirəcək.

Avropa.info xəbər verir ki, bunu çərşənbə günü Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib. 

"Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər dərhal, mümkün qədər tez, tərəfdaşlarımızla razılaşdırılaraq tətbiq ediləcək", - Borrell bildirib. 

Borrel bildirib ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları həm şəxsi, həm də sektoral olacaq. 

“Bu gün aydındır ki, biz Ukraynaya silah verməklə hərbi dəstəyi davam etdirəcəyik və inkişaf etdirəcəyik. Biz həm şəxsi, həm də sektorla bağlı yeni məhdudiyyətləri öyrənib qəbul edəcəyik”, - Borrell bildirib. 

O, hansı sanksiyalardan danışdığını dəqiqləşdirməyib və qeyd edib ki, bu gün yalnız siyasi qərar verilib.


Oxunma sayı: 1596

Oxşar yazılar