Türkiyədə yanğınsöndürmə helikopteri qəzaya uğradı: Ölənlər və yaralılar var – FOTO/VİDEO

  • 22:22 - 21 Sentyabr

Türkiyənin Muğlanın bölgəsinin Marmaris rayonunda meşə yanğınına müdaxilə etmək üçün havaya qalxan yanğınsöndürmə helikopteri qəzaya uğrayıb.

Avropa.info xəbər verir ki, helikopterdə rus təyyarə mühəndisi Aleksandr Yakovlev və uçuş texniki Aleksey Volkov həyatını itirib. 

Türkiyənin texniki işçiləri Ömər Kaan Çakır və Kənan Erdem, Rusiya vətəndaşları kapitan pilot İlya İvesenxo, uçuş texniki Georgii Onvnvchin və köməkçi pilot Eqor Turkov yaralanıb.

Yaralılar hadisə yerinə 9 dəqiqəyə çatan sağlamlıq qrupları tərəfindən Pamukkale Universiteti Xəstəxanasına aparılıb. 

Həyatını itirənlərin cəsədləri yanğınsöndürmə və AFAD qrupları tərəfindən qaldırıcı kranın köməyi ilə dağıntılar altından çıxarılıb. Meyitlər yarılma üçün Pamukkale Universiteti Xəstəxanasına aparılıb. 

Polis və jandarma qrupları hadisə yerində təhlükəsizlik tədbirləri görərkən, yanğınsöndürənlər dağıntıları soyudub. 

Dənizli valisi Əli Fuat Atik hadisə yerində araşdırma apararaq səlahiyyətlilərdən məlumat alıb. 

Vali Atik daha sonra Dənizli Dövlət Xəstəxanasına və Pamukkale Universiteti Xəstəxanasına çatdırılan yaralıları ziyarət edib.

Daxili İşlər Nazirliyi Dənizli Çardakda helikopterin qəzaya uğraması nəticəsində 2 nəfərin öldüyünü, ekipajdan 5 nəfərin isə yaralandığını açıqlayıb.


Oxunma sayı: 2498

Oxşar yazılar