Mərkəzi Elmi Kitabxanadan növbəti kitab bağışlama aksiyası – FOTO

  • 22:03 - 21 Sentyabr

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) həyata keçirdiyi kitab bağışlama aksiyası davam edir.

Avropa.info xəbər verir ki, aksiya çərçivəsində  MEK tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə 60 sayda dəyərli nəşrlər hədiyyə edilib.

F.Əmirovun “Şur simfonik muğamı”, “Nəsimi haqqında dastan”, A.Məlikovun “Simfoniyası” 4 cilddə, B.Nəbiyevin “Üzeyir Hacıbəylinin ömürnaməsi”, “Səhnə fədailəri”, E.Sabitoğlunun “Simfoniya”, “Əlvida” səs və fortepiano üçün mahnıları, İ.Rəhimlinin “Azərbaycan teatrı” və digər nəfis tərtibatı ilə gözoxşayan nəşrlərdə Azərbaycanın zəngin, çoxəsrlik musiqi sənətinin tarixinə nəzər salınaraq təhlil edilir. Eləcə də milli teatr mənzərəsi yeni və zəngin faktlarla verilir.

Xatırladaq ki, MEK kitab bağışlama aksiyasına yeni tədris ilinin başlanması ərəfəsində start verib. Aksiya 15 Sentyabr – Bilik Günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə həyata keçirilir.

Возможно, это изображение 8 человек и люди стоят

Oxunma sayı: 1783

Oxşar yazılar