"Bakcell" və "Nar" operatorlarında problem YARANDI

  • 19:19 - 21 Sentyabr

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Avropa.info xəbər verir ki, mobil operatorların şəbəkəsində texniki nasazlıq səbəbindən abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür. Problemin qısa zamanda aradan qaldırılacağı gözlənilir.

"Bakcell" şirkətindən bildirilib ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".


Oxunma sayı: 1420

Oxşar yazılar