Tehranda etirazçılar prospekti bağlayıblar - VİDEO

  • 23:18 - 21 Sentyabr

İranın paytaxtı Tehranda etirazçılar Hafez prospektini bağlayıblar.

Avropa.info Trend-ə istinadən bildirir ki, etirazçılar prospektin hər iki tərəfində polis müdaxiləsinin qarşısını almaq üçün barrikadalar qurublar.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilir. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.


Oxunma sayı: 1684

Oxşar yazılar