Tanınmış idmançıya DİN-də yüksək vəzifə verildi - FOTO

  • 21:35 - 21 Sentyabr

Tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Avropa.info-nun xəbərinə görə, bu barədə idmançının özü məlumat verib.

O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahəddinovadır.

08de9c20-c292-3975-b5d0-8b1f630fe263_850.jpg (75 KB)

Oxunma sayı: 1640

Oxşar yazılar