Sumqayıtda mənzildən 8 min dollar oğurlandı

  • 13:36 - 19 Sentyabr

Sumqayıtda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisindəki mənzillərin birindən 8000 ABŞ dolları, 650 avro, gümüş aksessuarlar, spirtli içkilər və seyfdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elçin Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Oxunma sayı: 7360

Oxşar yazılar