“Qarabağ”ın oyununda şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut – VİDEO

  • 20:49 - 15 Sentyabr

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda hazırda keçirilən Qarabağ” – “Nant” oyunundan əvvəl bir dəqiqəlik sükut olub.

Avropa.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda azarkeşlər Ermənistanla sərhədd baş verən hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.

"İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.

 UEFA “Qarabağ”ın görüşdən öncə rəsmi sükutla bağlı müraciətini müsbət cavablandırmasa da, fanatlar özləri belə addım atıb.

Qeyd edək ki, sentyabrın 13-də başlayan döyüşlər zamanı Azərbaycanın 71 hərbçisi şəhid olub.


Oxunma sayı: 17227

Oxşar yazılar