Nuru Paşa at üstündə Qarsdan gəlir, "Azərbaycan" deyə-deyə yaralanmış aslan gəlir ... - Bakının rus-erməni işğalından azad olunmasından 104 il ötür

  • 01:56 - 15 Sentyabr

Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni-rus işğalından azad edilməsindən 104 il ötür. 

Avropa.info xəbər verir ki, 1918-ci ildə Osmanlı dövləti tərəfindən qurulan Qafqaz İslam Ordusunun 14 mini Osmanlı əsgərindən, 6 mini isə Azərbaycan türkləri və Dağıstan müsəlmanlarından təşkil olunmuşdu. Komutanı Nuru Paşa Killigil (1890-1949) olan Qafqaz İslam Ordusu Bakıda ermənilər və bolşeviklər tərəfindən müsəlman-türk əhaliyə qarşı həyata keçirilən soyqırımın qarşısını almaq üçün, Azərbaycan türklərinə köməyə gəldi. 

 

Картинки по запросу nuru paşa

 

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Belə ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə vəziyyətdə isə Azərbaycanın dövlət müstəqilliyi təsəvvür oluna bilməzdi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün də çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qarşısına qoyulan missiyanı uğurla başa çatdırmaqla Bakını işğalçılardan təmizlədi və Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi.

Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi.

Amma Antanta dövlətlərinin Osmanlıya təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldu.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Dörd il öncə Bakının azad olunmasının 100 illiyi Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi möhtəşəm hərbi paradla qeyd olundu. Xalqın böyük sevgi ilə qarşıladığı bu hərbi parad əlbəttə bütün dünyaya bir siyasi mesaj idi. Ölkə başçısı İlham Əliyev çıxışı zamanı Qafqaz İslam Ordusu və onun komutanı Nuru Paşa haqqında sölədiyi fikirlər, həm də Azərbaycan-Türkiyə qardaşlığının gələcəyi baxımından mühüm hadisə idi. 

"Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır."

Onu da qeyd edək ki, 1918-ci ilin yayında türk ordusunun Bakıya yürüşünə qarşı çıxanlar da olub. Məsələn, Osmanlı dövlətinin düşməni olan dövlətlərlə yanaşı bu dövlətin müttəfiqi olan Almaniya da Qafqazda Brest-Litovsk müqaviləsi ilə müəyyən olunan sərhədlərin Şərqinə keçilməsini istəmirdi. O zamanlar almanların Gürcüstanda və Bakı nefti üzərində gizli hesabları olub, bu üzdən türk ordusunun Azərbaycana girməsinə qəti şəkildə qarşı çıxıb.

qrad.jpg (37 KB)

Biz bu məsələdə də tarixin təkrar olunduğunu görürük. İki il əvvəl Azərbaycan ordusu əvvəlcə Tovuz istiqamətində, daha sonra Füzuli-Cəbrayıl nahiyəsində erməni hərbi birləşmələrin növbəti təxribatçı həmləsini dəf edərək, əks-hücuma keçəndə yenə bir sıra böyük dövlətlər Türkiyənin Azərbaycana hərbi-siyasi dəstək verəcəyindən böyük əndişə keçirirdilər.

Fəqət bir ay yarım davam edən hərbi kampaniya müvəffəqiyyətlə başa çatdı, Azərbaycanın və Türkiyənin hərbi uğurlarını istəməyən dairələr fakt qarşısında qaldılar.

Bir daha bütün dünyaya, eləcə də Azərbaycan və Türkiyə xalqlarına əyan oldu ki, dostluq-qardaşlıqla yanaşı hərbi müttəfiqliyin faydaları ölçüyə gəlməzdir və müasir dünyada dövlət olaraq öz mövcudluğunu qorumaq, inkişaf etmək üçün buna ciddi ehtiyac var. 

Azərbaycan və Türkiyə rəhbərliyinin imzaladığı Şuşa Bəyannaməsinin təkcə qardaşlığın sarsılmazlığını göstərmirdi, eyni zamanda strateji müttəfiqlik münasibətlərində yeni tarixi səhifə açılmasının göstəricisiydi.

sss.jpg (72 KB)

Türk dünyasının parlaq və tarixi liderləri, görkəmli şəxsiyyətləri olan dövlət başçılarının - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın son illərdə yeritdiyi siyasət bir çox hallarda sinxron xarakter daşımaqla, dostluq və qardaşlıq münasibətlərinin ciddi örnəyidir. Ən həlledici anlarda Azərbaycan və Türkiyənin vahid komanda kimi göstərdiyi fəaliyyət siyasi və hərbi müstəvidə uğurlarımızın bazası oldu. 44 günlük müharibənin ən gərgin günlərində böyk paytaxtlardan Azərbaycanın üzərinə gələn təzyiqlərə dövlət başçımızla yanaşı, Türkiyə lideri də sinə gərirdi, öz tutarlı təpkiləri ilə ehtiyatsız boksçular kimi irəli şığıyanları yerində oturdurdu.

Hər iki ölkənin xalqı bu yaxın tarixdə baş verənləri diqqətlə müşahidə edir və məmnun qalırdı. Təsadüfi deyil ki, Türkiyədə İlham Əliyevin şəxsinə böyük rəğbət olduğu kimi, Azərbaycanda da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın personasına böyük rəğbət və sayğı var. Onları gerçəkdən xilaskar liderlər sayırlar.

11223.jpg (79 KB)

Əslində bu, tarixdə ilkdir. Heç vaxt, yüz il öncə də Azərbaycan və Türkiyə liderləri bu qədər açıq, səmimi və güclü şəkildə bir arada olmayıblar. Düzdür, 100-104 il əvvəlki tarixi şəxsiyyətlər də həlledici anlarda bir-birinin köməyinə çatmağa çalışıb, qarşılıqlı anlaşma içində olublar, ancaq onların fəaliyyəti indiki kimi effektiv olmayıb.

Əsas məsələ dostluğu-qardaşlığı qorumaq, dərinləşdirmək, daha da qaynayıb-qarışmaqdır. Sovet vaxtı məşhur olan “daha da birləşib olsunlar bir can, yoldaş Azərbaycan, hinger Hayastan” devizinin puçluğunun qabarıq şəkldə büruzə çıxdığı indiki dönəmdə biz də, Anadolu türkləri də qarşılıqlı səmimiyyətə dayanan dostluğun qədir-qiymətini bir daha anladıq, daha sonralar isə daha yaxşı biləcəyik.

Bu bizim şanlı qəhrəmanlıq tariximizdir, bütöv müsəlman-türk tarixinin bir hissəsidir. Nəriman Həsənzadənin "Nuru Paşa" poemasında yazıldığı kimi: 

Nuri Paşa at üstünde

Türkiye’den, Kars’tan gelir.

“Azerbaycan” diye diye

Yaralanmış arslan gelir.

Ermeni hıyaneti

Rus’tan gelir, Fars’tan gelir.   

Avropa.info


Oxunma sayı: 8075

Oxşar yazılar