UEFA "Qarabağ"ın şəhidlərimizlə bağlı müraciətinə rədd cavabı verdi

  • 22:34 - 14 Sentyabr

Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlamayacaq.

Avropa.info bildirir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verib.

O bildirib ki, Azərbaycan - Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavab gəlib. Qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib: "Bizə UEFA-dan cavab gəldi ki, narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik".

Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Oxunma sayı: 9329

Oxşar yazılar