"Məni başıma nə gələcəyi maraqlandırmır, sülh sazişini imzalayacam" - Paşinyandan SENSASİON AÇIQLAMA

  • 21:29 - 14 Sentyabr

“Mən sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərimə götürdüm."

Avropa.info xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə keçirdiyi brifinq zamanı deyib.

“Mən sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərimə götürdüm. Amma çətin qərarlar Ermənistanın dövlət maraqlarına zidd qərarlar demək deyil. Biz Ermənistan Respublikasının təhlükəsizliyini, davamlı sabitliyini və sülhünü təmin etmək üçün bu qərarları qəbul etməliyik. Biz bu gün elə “sülh müqaviləsi” imzalaya bilmərik ki, bunun nəticəsində 6 ildən sonra yeni müharibə olsun. Biz bir sənəd imzalamaq istəyirik ki, bunun nəticəsində çoxları bizi qınayacaq, çoxları söyəcək, çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistanın başına nə gələcəyi düşündürür”, - deyə erməni baş nazir bildirib.

O, Ermənistanda parlament çoxluğunun olmasından məmnunluğunu ifadə edib və deyib ki, bu, ona bu məsuliyyəti daşımağa imkan verir.

Qeyd edək ki, sentyabrın 13-də saat 00:05-də Ermənistanın təxribatı nəticəsində tərəflər arasında artilleriya və iriçaplı silahlarla atışma baş verib.


Oxunma sayı: 11232

Oxşar yazılar