Qazax sakinində narkotik vasitə aşkarlanıb

  • 17:43 - 11 Sentyabr

Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Pərviz Bayramov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 6854

Oxşar yazılar