Zabit Səmədov karyerasını qələbə ilə başa vurdu

  • 10:34 - 11 Sentyabr

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

Avropa.info report-a istinadən xəbər verir ki, "Mauqli" ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.

Bununla da Zabit Səmədov karyerasını bitirib.

O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: "Güc birlikdədir. Azərbaycanda - Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm".

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.


Oxunma sayı: 12123

Oxşar yazılar