Qadının bank hesabından 1200 manat oğurlanıb

  • 15:32 - 10 Sentyabr

Qadının bank hesabından 1200 manat oğurlanıb.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Ağdam rayon sakini olan bir qadın sentyabrın 6-da bank hesabından 1200 manatının çıxarılaraq oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Müşfiq Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Oxunma sayı: 9417

Oxşar yazılar