Biləcəridə böyük narkotik əməliyyatı - 44 nəfər saxlanıldı - FOTO

  • 21:30 - 09 Sentyabr

Biləcəridə son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb.

Bu barədə Avropa.info-ya DİN-dən bildirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Biləcəri qəsəbəsində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb. Onların üzərindən, Biləcəri qəsəbəsi ərazisində yaşadıqları evlərdən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik maddələr aşkar edilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonunun digər kənd və qəsəbələrində son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 46 nəfər tutularaq istintaqa cəlb edilib. Bu şəxslərdən Akşin Rüstəmov, Şəmistan İngiliszadə, Xəyala Hacıyeva, Asim Xanəliyev, Ramil Davudov və Yalçın Əmiraslanov birbaşa olaraq Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Saxlanılan digər şəxslər isə onlar tərəfindən müxtəlif şirnikləndirici təkliflər müqabilində narkokuryerliyə cəlb edilənlər olublar.

Bu şəxslərin üzərlərinə, evlərinə və avtomobillərinə baxış zamanı ümumilikdə 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən intensiv mübarizə tədbirləri davam etdirilir.

Biləcəridə böyük narkotik əməliyyatı

 

 


Oxunma sayı: 7668

Oxşar yazılar