"Qarabağ" Almaniyada "Frayburq"a məğlub oldu – YENİLƏNİB

  • 00:56 - 09 Sentyabr

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.

Avropa.info xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da ilk matçına çıxıb. Qurban Qurbanovun komandası G qrupunda Almaniya “Frayburq”unun qonağı olub. Ağdam təmsilçisi hazırda Bundesliqanın lideri olan komanda ilə çətin matçdan məğlub ayrılıb - 1:2. 

Qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edib. Qarşılaşma "Nant"ın 2:1 hesablı qələbəsi başa çatıb.

8 sentyabr

Avropa Liqası

G qrupu

1-ci tur

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) - 2:1

Qollar: Vinçentso Qrifo, 7-pen. (1:0), Ritsu Doan, 15 (2:0), Marko Veşoviç, 39 (2:1)
Hakimlər: Erik Lambrexts, Co de Ueyrdt, Matias Hillaert, Uim Smet (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu

23:00. "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan) - 2:1

Qollar: Mohamed, 32, Quessand, 90+3 - Motoussami,  51 (avtoqol)

Xallar: "Frayburq" - 3, "Nant" -3, "Olimpiakos" - 0, "Qarabağ" - 0.


Oxunma sayı: 8669

Oxşar yazılar