
Avropa Liqası: "Qarabağ" Bundesliqanın liderinə qarşı
- 13:32 - 08 Sentyabr
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.
Avropa.info-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada Bundesliqanın lideri "Frayburq"un qonağı olacaq.
"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. "Köhlən atlar"ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.
Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.
G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
Avropa Liqası
Qrup mərhələsi
G qrupu, I tur
8 sentyabr
23:00 Qarabağ (Azərbaycan) - Frayburq (Almaniya)
Baş hakim: Erik Lambrexts (Belçika).
Frayburq. "Europa-Park" stadionu.