Neftin qiyməti kəskin şəkildə UCUZLAŞDI

  • 19:11 - 07 Sentyabr

Brent markalı neft 90 dollardan aşağı düşərək, Rusiya-Ukrayna müharibəsindən əvvəlki səviyyəyə çatıb. 

Avropa.info xəbər verir ki, mütəxəssislər Brent markalı neft üçün 90 dollar səviyyəsindən aşağı görmənin kritik əhəmiyyət kəsb etdiyini bildiriblər. 

Gözlənilən prosesdə bu gün kəskin ucuzlaşma baş verib. Beynəlxalq bazarlarda səhər saatlarında 91,51 dollara satılan Brent markalı neft 90 dollardan da aşağı düşüb və Rusiya-Ukrayna müharibəsindən əvvəlki səviyyəyə çatıb. 

Mütəxəssislər qeyd edir ki, azalma davam edərsə, yanacağın qiymətlərinin daha aşağı səviyyələrə enməsi gözlənilir.


Oxunma sayı: 10055

Oxşar yazılar