Azərbaycan OPEC-in qərarını DƏSTƏKLƏDİ

  • 18:56 - 05 Sentyabr

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 32-ci iclasında oktyabrda sentyabr ayındakı səviyyədən 100 min barel az olmaqla avqustdakı həcmdə gündəlik neft hasil edilməsi ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da dəstəyini ifadə edib.

Energetika Nazirliyindən Avropa.info-ya bildirilib ki, yeni qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barel xam neft hasilatı nəzərdə tutulur.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçısı olan ölkələrin avqust üzrə gündəlik xam neft kvotası 43 min 855 min bareldir və bu da ixtisarların aparıldığı 2018-ci ilin oktyabr ayındakı hasilat göstəricilərinə bərabərdir.


Oxunma sayı: 4434

Oxşar yazılar