Misir piramidaları necə inşa edilib? – 4 min illik sirr çözüldü – ARAŞDIRMA (FOTO)

  • 13:13 - 05 Sentyabr

Misirdəki piramidaların necə tikildiyi min illərdir ki, sirr olaraq qalır. Ortaya yadplanetlilər də daxil olmaqla müxtəlif sui-qəsd nəzəriyyələri atılıb. Yeni bir araşdırma, işçilərin bəzilərinin çəkisi 15 tona qədər olan nəhəng daşları daşımaq üçün Nil çayının kanalında üzdüklərini ortaya qoyub. Tədqiqatçılar Gizanın Böyük Piramidasının yerləşdiyi yerə yaxın axan Nil çayına bağlı olan Xufu kanalını aşkar ediblər. Sözügedən kanal eramızdan əvvəl 600-cü ildə quruduğu üçün bu gün mövcud deyil.

Mısır piramitlerinin gizemi çözüldü mü? - 1

Avropa.info-nun məlumatına görə, yeni bir araşdırma göstərib ki, Xufu kimi tanınan Nilin uzun müddətdir itirilmiş kanalı Böyük Giza Piramidasının yerləşdiyi ərazinin yaxınlığından axıb və eramızdan əvvəl 600-cü ildə qurumadan əvvəl piramidasını qurmaq üçün 2,3 milyon daş blok daşımaq üçün istifadə edilib.

Mısır piramitlerinin gizemi çözüldü mü? - 2

Yeni kəşf 4000 ildən çox yaşı olan papirusdakı mətnlə dəstəklənir, burada qayıqların Giza boyunca qayalıqlardan blokları daşımaq üçün Nildən istifadə etdiyi və piramidaları tikmək üçün Qırmızı dənizdən gələn təsvir edilib.

Mısır piramitlerinin gizemi çözüldü mü? - 3

Çinli və misirli həmkarları ilə birlikdə işləyən fransız tədqiqatçılar qrupu piramidaları əhatə edən qaya təbəqələrini təhlil edərək, Xufu kanalının axdığı zaman dövrünü üzə çıxarıb. Kanalın bir vaxtlar Gizaya çatmaq üçün kifayət qədər böyük olduğu müəyyən edilib.

Mısır piramitlerinin gizemi çözüldü mü? - 4

Tədqiqatçılar deyirlər ki, Nil çayının bu qolu olmasaydı, 4000 illik piramidaları tikmək mümkün olmazdı. 

Qədim misirlilərin həmin günün şərtləri ilə 15 ton 800 kilometrə qədər olan daş blokları daşımasının başqa yolu olmadığı bildirilir.

Qədim dünyanın yeddi möcüzəsindən biri, YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Böyük Giza Piramidası eramızdan əvvəl 2550-ci ildən eramızdan əvvəl 2490-cı ilə qədər üç firon tərəfindən tikilib. Onun nekropolunda 3 piramidadan ibarət ən hündür piramida Firon Xufunun, kiçiklərindən ikisi, oğulları Firon Xafrenin, ön piramidalar isə Firon Menkaurenin hakimiyyəti altında tikilib.

Mısır piramitlerinin gizemi çözüldü mü? - 6

Ancaq bunun necə baş verdiyi illərdir dünyanın ən böyük sirlərindən biri olaraq qalır. İndi arxeoloqlar bunun Nil çayının indi fəaliyyət göstərməyən qolundan qayıqlarda üzən daşlarla edildiyini aşkar ediblər.

Mısır piramitlerinin gizemi çözüldü mü? - 7

"Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc edilən araşdırmanın bir hissəsi olaraq, tədqiqatçılar Giza bölgəsində 8000 illik axıcı variasiyaları bərpa etmək üçün polendən əldə edilən bitki örtüyü modellərindən istifadə ediblər. Komanda həmçinin bataqlıq bitkilərinin, yumşaq nəm torpaqlarda və göllərin yaxınlığında bitən yarı su bitkilərinin qalıqlarını da axtarıb. Nəticələr göstərib ki, Xufu kanalı kifayət qədər uzun müddət regionda yüksək səviyyədə qalıb.

Tədqiqat həmçinin min illər əvvəl bu daşları daşımaq üçün istifadə edilən limanın Nildən 7 km qərbdə olduğunu müəyyən edib. Bu məsafə əvvəlki nəzəriyyələrdə irəli sürülən 800 km-dən xeyli qısadır. 

Araşdırmanın yazarları, "Nəticələrimiz göstərir ki, Gizadakı su ehtiyatları Şərqi Afrikanın günəş işığının yaratdığı aridizasiyaya cavab verir və ən aşağı Nil səviyyələri sülalə dövrünün sonunda qeydə alınıb. Xufu kanalı Xufu, Xafre və Menkaure dövrlərində mövcud olub və tikinti materiallarının Giza Piramida Kompleksinə daşınmasını asanlaşdırıb", dəyərləndirməsini ediblər.

Mısır piramitlerinin gizemi çözüldü mü? - 9

Giza piramidaları isə hər birinin orta hesabla 2,5 ton ağırlığında əhəngdaşı və qranitdən ibarət 2,3 milyon blokdan ibarətdir. Lakin daşların əvvəlcə kəsilərək bölgəyə daşındığı ehtimal edilir. 

Eramızdan əvvəl 484-425-ci illər arasında yaşamış qədim yunan tarixçisi Herodot Giza piramidalarının tamamlanmasının 20 il çəkdiyini və tikintidə 100 min insanın çalışdığını bildirib. Vaxtilə piramidalarda basdırılmış mumiyalanmış qalıqlar və qiymətli əşyalar qəbir quldurları tərəfindən oğurlanıb, tikililər min illər ərzində zədələnmişdir. Bu səbəbdən arxeoloqlar qeyd edirlər ki, nəhəng tikililər indi ilk tikildiyi vaxtdan xeyli kiçikdir.


Oxunma sayı: 88760

Oxşar yazılar