İrandan daha bir fitnəkarlıq - Türkiyə ilə sərhəd bölgələrdə PKK "bayraq"ları asıldı - ŞOK FOTOLAR

  • 00:05 - 04 Sentyabr

İranın hakim molla rejimi türk dövlətləri ilə düşmənçilik siyasətini davam etdirir. 

Güney Azərbaycandan Avropa.info-ya verilən məlumata görə, Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətinin şəhər və qəsəbələrində, kəndlərdə PKK "bayraq"ları və digər "simvolları" asılıb. Məlumata görə, PKK "bayrağı" İran hakimiyyətinin razılığı və İran Kürdüstanı Demokrat Partiyasının (Hizbe Demokrati Kürdüstan) təşkilatçılığı ilə asılıb. 

Onu da bildirək ki, şəkillər son 2 gündə çəkilib. Qeyd edək ki, Kürd Demokrat Partiyası üzdə İran dövlətinə müxalif görünməyə çalışsa da əməldə Azərbaycan və türk dünyasına qarşı İranla işbirliyi içərisindədir. Son hadisə bunu bir daha təsdiq edir. 

Ayxan

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Oxunma sayı: 11540

Oxşar yazılar