4 MİN İLLİK SİRR AÇILDI - Misir piramidaları necə inşa edildi ? - FOTOLAR

  • 01:05 - 03 Sentyabr

Misirdəki piramidaların necə tikildiyi min illərdir ki, sirr olaraq qalır. 

Avropa.info xəbər verir ki, bu vaxtadək ortaya yadplanetlilər də daxil olmaqla müxtəlif komplo teoriləri ortaya atılıb.

Yeni bir araşdırma, işçilərin bəzilərinin çəkisi 15 tona qədər olan nəhəng daşları daşımaq üçün Nil çayının kanalında üzdüklərini ortaya çıxarıb. Tədqiqatçılar Böyük Giza Piramidasının yerləşdiyi yerə yaxın axan Nil çayına bağlı olan Xufu kanalını aşkar ediblər. Sözügedən kanal eramızdan əvvəl 600-cü ildə quruduğu üçün bu gün mövcud deyil. 

Yeni bir araşdırma göstərdi ki, Xufu kimi tanınan Nilin uzun müddətdir yoxa çıxmış kanalı Böyük Giza Piramidasının yerləşdiyi ərazinin yaxınlığından axırdı və eramızdan əvvəl 600-cü ildə qurumadan əvvəl piramidanın inşası zamanı 2,3 milyon daş bloku daşımaq üçün bu kanaldan istifadə edilib. Yeni kəşfi 4 min  il tarixi olan bir papirus mətni də dəstəkləyir.

Tədqiqatçılar deyirlər ki, Nil çayının bu qolu olmasaydı  4000 illik piramidaları tikmək mümkün olmazdı. Qədim misirlilərin həmin günün şərtləri ilə 15 ton 800 kilometrə qədər olan daş blokları daşımasının başqa yolu olmadığı bildirilir.

Avropa.info


Oxunma sayı: 14510

Oxşar yazılar