“Qarabağ” Vadjinin transfer dəyərini rəsmən elan etdi - Azərbaycan futbol tarixinin ən bahalı satışı

  • 15:13 - 30 Avqust

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbolçusu İbrahima Vadjini Fransanın “Sent-Etyen” klubuna satıb. Fransa mediası bu transfer üçün “Qarabağ”a 1 milyon avro təzminat ödəniləcəyini yazıb.

Ağdam klubunun baş meneceri Asif Əsgərov isə Qol.az saytına verdiyi açıqlamada məbləğin daha yüksək olduğunu bildirib.

“Artıq Vadji “Sent-Etyen”ə transfer olunub. Bununla da “Qarabağ” Azərbaycan futbol tarixinin ən bahalı satışını gerçəkləşdirdi. Klubumuz Vadjini 1 milyon 600 min avroya “Sent-Etyen”ə satdı”.

Qeyd edək ki, "Sent-Etyen" də Vadjinin transferini rəsmən açıqlayıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, ötən yay Ağdam klubuna transfer olunmuş seneqallı futbolçu “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.


Oxunma sayı: 9703

Oxşar yazılar