Avropa Liqası: "Qarabağ"ın püşkatmadakı səbəti dəqiqləşib

  • 10:00 - 25 Avqust

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı 2-ci səbətdə yer alacaq.

Avropa.info-nun "report"a istinadən məlumatına görə, buna Türkiyə "Trabzonspor"u ilə Norveçin "Budö Qlimt" klubunun Çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub.

UEFA reytinqində "köhlən atlar"dan geridə olan komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun 2-ci səbətdəki yerini dəqiqləşdirib.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.


Oxunma sayı: 5787

Oxşar yazılar