"Qarabağ"ı ÇL-nin qrup mərhələsindən bir qələbə ayırır

  • 10:00 - 23 Avqust

"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Avropa.info xəbər verir ki, təmsilçimiz Çexiyada "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.

"Qarabağ" klubu "Dusan Arena"da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda qələbə qazanacağı təqdirdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Bakıdakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

23 avqust

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Artur Diaş, Ruy Tavareş, Paulu Soareş, Fabiu Verisimu

VAR hakimləri: Tyaqu Martinş və Luiş Qodinyu (hamısı Portuqaliya)

Plzen, "Dusan Arena"

Qeyd edək ki, "Qarabağ" daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasının qrupunda mübarizə aparıb.


Oxunma sayı: 5457

Oxşar yazılar