NATO-ya üzvlük prosesi: İsveç və Finlandiyanın Türkiyə ilə anlaşma danışıqları başlayır – Tarix BƏLLİ OLDU

  • 13:27 - 20 Avqust

NATO-ya üzvlük prosesinə başlayan İsveç və Finlandiyanın Türkiyə ilə anlaşma danışıqlarının ilk iclası avqustun 26-da Finlandiyada keçiriləcək.

Avropa.info xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto İsveç dövlət televiziyası SVT-yə bildirib. 

Haavistonun müşaviri Tomi Nyström isə ölkələrin ilk görüşün ən qısa zamanda keçirilməsini istədiklərini söyləyib.

İsveç Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu mexanizmin ilk iclasının avqustun 26-da keçiriləcəyi qeyd olunub.


Oxunma sayı: 1662

Oxşar yazılar