İsveç QƏRAR VERDİ: PKK terror təşkilatı şübhəlisini ölkədən deportasiya etməyə hazırlaşır

  • 12:29 - 20 Avqust

PKK terror təşkilatı üzvü şübhəlisinin İsveçdən deportasiya ediləcəyi açıqlanıb. Bildirilib ki, 26 yaşlı Zinar Bozkurt İsveç üçün təhlükəsizlik təhdidi kimi görülür.

Avropa.info xəbər verir ki, İsveçdə ETC qəzeti 26 yaşlı Zinar Bozkurtun deportasiya müddətini gözlədiyini yazıb. 

"Blankspot" onlayn qəzetinin xəbərində Bozkurtun 8 il əvvəl İsveçə etdiyi sığınacaq müraciətinin 6 ay əvvəl rədd edildiyi və deportasiya edildiyi bildirilib. 

İsveç Kəşfiyyat Təşkilatının (SEPO) Bozqurtu terror təşkilatı PKK ilə əlaqəsinə görə saxladığı xəbərində bu şəxsin İsveç üçün təhlükəsizlik təhdidi olaraq görüldüyü bildirilib.

Digər tərəfdən, avqustun 11-də İsveçin Türkiyənin fırıldaqçılıqdan qırmızı bülletenlə axtardığı Okan Kalenin ekstradisiyasına qərar verdiyi bildirilib. 

İsveçdə onlayn nəşr olunan "Samnytt" qəzeti Kalenin 2010-2011-ci illərdə Türkiyədə 3 banka qarşı kart fırıldaqçılığı ilə təqsirləndirilərək, İsveçə qaçdığını və onun 2012-ci ilin iyununda sığınacaq müraciətinin rədd edildiyini və buradan İtaliyaya getdiyi qeyd edilib.  

Kalenin İtaliyada 2 il müvəqqəti qaçqın yaşamaq kartı alması və 2016-cı ildə İsveçə gələrək özündən 23 yaş böyük isveçli ilə evlənməsi diqqət çəkən xəbərdə Kalenin bu evlilik sayəsində oturum icazəsi almasına diqqət çəkilib.

Ankaranın 2021-ci ilin oktyabrında İnterpol vasitəsilə İsveç rəsmiləri ilə əlaqə saxladığı vurğulanan xəbərdə Kalenin bu tarixdə tutularaq həbs edildiyi bildirilib.


Oxunma sayı: 3554

Oxşar yazılar